İkinci Fəxri xiyabanda 44 günlük Vətən mühairbəsi şəhidləri əsgər Hacılı Feyruz Bəhruz oğlunun və mayor Hacıyev Ramid Nəriman oğlunun şəhadətlərinin dördüncü ildönümü münasibətilə məzarları ziyarət olunub.
Yasamal Rayon İcra Hakimiyyətinin başçı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Ülvi Quliyev, Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, önünə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Ziyarətlərdən sonra şəhidlərin əziz xatirələri üçün ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Hacılı Feyruz Bəhruz oğlu şəhadətindən sonra “Vətən uğrunda”, medalı, “Füzulinin azad olunmasına görə”, medalı “Xocavəndin azad olunmasına görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalı ilə, Hacıyev Ramid Nəriman oğlu isə sağlığında “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə, şəhadətindən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!














