
Ötən gün Tovuz istiqamətində döyüşdə şəhid olan polkovnik İlqar Mirzəyevin anası dəfn mərasimində jurnalistlərin suallarını cavablandırıb.
mobilmedia.az xəbər verir ki, oğlundan danışan Gülnarə Mirzəyeva bunları deyib:
“Hər dəfə “hay can” deyirdin, indi bu sözləri hardan eşidəcəm… Qeyrətli balamsan, bir dəqiqəyə otur-dur deyirsən, bəs indi komandir də yatarmı, niyə yatırsan? İlqarım, bağışla gedirəm. Səni tək qoymaq istəmirəm”.



