
Bakıda zəhərlənmədən ölən şəxsin kimliyi müəyyənləşib.
mobilmedia.az-ın məlumatına görə, iyulun 10-da axşam saatlarında zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən gənc qız orada ölüb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ölən qızın kimliyi müəyyən edilib. Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü A.Hacıyevadır və o, psixotrop maddə olan həb qəbul etdiyindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(trend)




