Yasamalda hadisə.

35

Bu gün axşam saat 22:15 radələrində Bakının Yasamal rayonu Həsən bəy Zərdabi 65 ünvanında yerləşən binanın həyətində sərxoş vəziyyətdə hündürlükdən yıxılaraq dərin xəsarətlər alan şəxsin həyatını təcili yardım işçiləri xilas etdi. Ciddi şəkildə aldığı xəsarətlərlə kəskin qanaxması olan 47 yaşlı Əliyev Ramiz (Roma ləqəbli) təcili yardım işçilərinin qısa müddətdə hadisə yerinə gəlmələri və operativ ilkin yardımları səbəbindən onun həyati risqi aradan qaldırıldı və təcili yardım maşını ilə xəstəxanaya yerləşdirildi.