“Qafqaz lokal müharibə astanasındadır” – Gürcü politoloq

30

Gürcüstanlı politoloq Vaxtanq Maisaya Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginliyə toxunub.

mobilmedia.az xəbər verir ki, gürcü ekspert toqqşumaların məhz Tovuz istiqamətində baş verməsinin bir neçə səbəbini önə çəkib.

“Toqquşmaların səbəbindən biri Bakı və Yerevan arasında silah yarışı və təhlükəsizlik planları ilə bağlıdır. İkinci səbəb, Nikol Paşinyanın hakimiyyəti illərində danışıqlar prosesində intensivliyin kəskin azalması ilə bağlıdır”.

Vaxtanq Maisaya Rusiyanın vasitəçilik missiyasının uğursuzluqla nəticələnməsini, Avropa Birliyinin pandemiya şəraitində regional siyasətinin uöursuzluğunu qabardıb.

Onun fikrincə, hərbi gərginliyin saxlanılması şəraitində Azərbaycanla hərbi ə məkdaşlıq barədə müqavilıəsi olan Türkiyə və Ermənistanla eyni hərbi blokda təmsil olunan Rusiya münaqişəyə müdaxilə edə bilər.(modern.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin