İranın vitse-prezidenti istefa verib

37

İran Prezidenti Məsud Pezeşkiyan tərəfindən strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyinat alan keçmiş XİN rəhbəri Məhəmməd Cavad Zərif istefa verib.

Bloger.az xəbər verir ki, sözügedən vəzifədə cəmi 10 gün qalan Zərifin istefasına səbəb kimi Pezeşkiyanla aralarında yaranan fikir ayrılıqlarıdır.

Yerli mətbuata açıqlama verən məlumatlı mənbələr vurğulayırlar ki, o, istefasını hələ avqustun 3-də irəli sürüb və Tehran Universitetində müəllimlik işinə qayıdacağını söyləyib.

Yeri gəlmişkən, Məhəmməd Cavad Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri kimi çalışıb.