
PSJ ilə müqaviləsi başa çatan Edinson Kavani karyerasını MLS-də davam etdirməkdən imtina edib.
Fanat.Az “Calciomercato”ya istinadən xəbər verir ki, Kavani Deyvid Bekhemin sahibi olduğu “İnter Mayami”nin təklifini qəbul etməyib. 33 yaşlı futbolçu Avropada oynamaq istəyir.
2019-20 mövsümündə 22 matçda meydana çıxan Kavani 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.




