İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Konor Qallaher karyerasını İspaniya təmsilçisi “Atletiko”da davam etdirəcək.
Bloger.az xəbər verir ki, futbolçu Madrid klubuna keçməyə razılaşıb.
“Atletiko” bu transfer üçün 40 milyon avro xərcləyəcək və yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, K.Qallaherin “Çelsi” klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Ötən mövsüm londonluların heyətində bütün turnirlərdə 50 oyun keçirən 24 yaşlı ingiltərəli futbolçu 7 qola, 9 məhsuldar ötürməyə imza atıb.




