Akif Tukanov deputatlığa namizədliyini geri götürdü.

40

Əziz və hörmətli dostlar.
01.09.2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində keçmiş siyasi partiya (Azərbaycan Vahid Kommunist Partiyası) rəhbəri olaraq, özümə borc bilmişdim ki, seçkilərdə iştirak edim və öz təşəbbüsümlə müstəqil olaraq, Abşeron rayon 48 saylı birinci seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. Tələb olunan imzalar tərəfimdən toplanılaraq aidiyyəti üzrə seçki dairəsinə təqdim edilmişdir. Səhətimlə bağlı bu gün 01.08.2024 cü il tarixdə ərizə yazaraq, könüllü olaraq öz namizədliyimi geri götürdüm. İmza toplamaqda mənə köməklik edən hər bir kəsdən üzür istəyirəm. Bu isti havada, günün altında səhərdən axşama kimi mənə görə çəkdiyiniz əziyyətinizi və haqqınızı halal edin. Bağışlayın ki, üzürlü səbəblərə görə etimadınızı doğrulda bilmədim.