Moldova rusiyalı diplomatı ölkədən çıxarır

35

Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşlarından biri “persona non-grata” elan edilib.

Bloger.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, Moldova parlamentində aparılan axtarışlar və saxlanılanlara qarşı dövlətə xəyanət ittihamı ilə bağlı Rusiyanın bu ölkədəki səfiri Oleq Vasnetsov XİN-ə dəvət olunub.

Səfir bildirib ki, Rusiya tərəfi Moldovanın bu qərarını cavabsız qoymayacaq.

Qeyd edək ki, ötən gün Moldova İnformasiya və Təhlükəsizlik Xidməti və prokurorluq orqanları əməkdaşları parlament binasında axtarış aparıblar.