Göygöldə bıçaq xəsarəti alan gənc ölüb

44

Göygöl rayonunda 25 yaşlı gənc oğlan bıçaq xəsarətindən dünyasını dəyişib.

Bloger.az-ın məlumatına görə, rayonun Üçtəpə kəndində 25 yaşlı E.Mustafayev qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.