Rəsmi Moskvadan Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı – Bəyanat

34

Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlığını keçirir.

mobilmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk.

Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır”, – deyə bəyanatda vurğulanıb/APA.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin