Sabirabadda dörd yaşlı uşaq kanalda boğulub

30

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub.

Bloger.az xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.