ABŞ-də atışma: 3 ölü, 16 yaralı

30

ABŞ-nin Missisipi ştatının İndianola şəhərində atışma olub.

Bloger.az xəbər verir ki, bu barədə WTVA telekanalı məlumat yayıb.

Hadisə nəticəsində azı 3 nəfər həlak olub. Ölənlərin hamısının 19 yaşı var.

Daha 16 nəfərin yaralandığı deyilir.

Hücum edənlərin kimliyi və sayı dəqiqləşdirilir.