Bağçalara qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb

34

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb.

Bloger.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə məlumat verib.

Məlumata əsasən, aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir:

  • Şəhid ailələrinin övladları;
  • Qarabağ müharibəsi, Vətən müharibəsi iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
  • tək işləyən valideynlərin uşaqları;
  • orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
  • hərbi xidmətdə olan valideynlərin uşaqları;
  • təhsilalan anaların uşaqları;
  • çoxuşaqlı ailələrdən olan uşaqlar;
  • qəyyumluqda olan uşaqlar.