Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirak üçün Vaşinqtona yola düşüb

38

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə Boger.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.