Azərbaycanda sünnət edilən 4 aylıq körpə öldü

34

Bakıda faciəli hadisə baş verib.

Bloger.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.

Ora sünnət olunmaq üçün aparılan Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib.

Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.