Türkiyənin “Fənərbağça” klubu müdafiəçisi Sərdar Əzizlə yollarını ayırıb.
Bloger.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü baş məşqçi Joze Mourinyo ilə görüşdükdən sonra düşərgəni tərk edib.
Qeyd edək ki, S.Əziz 2018-ci ildən “Fənərbağça”da çıxış edib. O, daha əvvəl “Bursaspor” və “Qalatasaray”ın da şərəfini qoruyub.




