Cari ildə ABŞ-də polis 636 nəfəri öldürüb

37

2024-cü ilin ilk günündən ABŞ-də polis tərəfindən 636 nəfər öldürülüb.

Bloger.az xəbər verir ki, bu ilin ilk 6 ayında yalnız 8 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idi. Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 6 ayındakı göstəricilər artım tendensiyasını göstərir.

Beləliklə, 2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 12 910 nəfəri öldürüb.