Bakıda avtomobil 61 yaşlı qadını vurub

34

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bloger.az-ın məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Rzayeva Mədinə Balaxan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və müştərək travma diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.