Dağıstan Müftiliyi niqab taxmağı müvəqqəti qadağan edib.
Bloger.az xəbər verir ki, bu barədə respublika müftisinin müavini Abdulla Səlimov teleqram kanalında məlumat verib.
O qeyd edib ki, qadağa müəyyən edilmiş təhdidlər aradan qaldırılana qədər qüvvədə olacaq.
Bundan əvvəl, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bildirib ki, Rusiyada niqab geyinməyi qadağan edən qanun bütün regionlarda dəstəklənərək qəbul ediləcək.
Xatırladaq ki, bir müddət əvvəl Tacikistanda hicab taxmaq tamamilə qadağan edilib.




