Türkiyənin Uşak şəhərində sərnişin avtobusu aşıb.
Bloger.az xəbər verir ki, hadisə Afyonkarahisar-Uşak yolunda baş verib.
Qəza nəticəsində 11 nəfər yaralanıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.




