Ankara və Roma Liviyanı müzakirə ediblər

33

Türkiyə və İtaliyanın əməkdaşlığı bütün Aralıq Dənizi bölgəsinin xeyrinə olacaq.

mobilmedia.az xəbər verir ki, bu barədə iyulun 7-də Türkiyənin müdafiə naziri Hülusi Akar italiyalı həmkarı Lorenso Qerini ilə Ankarada keçirdiyi danışıqların nəticələrinə əsasən bəyan edib. «Türkiyə-İtaliya əməkdaşlığı bütün sahələrdə, xüsusilə də müdafiə və təhlükəsizlik sahəsində həm mülki, həm də hərbi səviyyədə, bizim ölkələrimizə və bölgəyə xeyir gətirəcək» – deyə, Akar qeyd edib. Bunu «Anadolu» informasiya agentliyi xəbər verib.

Akar həm də qeyd edib ki, Ankara və Roma bir çox məsələdə ümumi fikirdədir.

Bildirilir ki, tərəflər Liviya, Suriya və Şərqi Aralıq dənizi hadisələrinə yönəlik «məhsuldar diskusiya» aparıblar.Türkiyəli nazir əmin olduğunu bildirib ki, Ankara və Roma «birlikdə işləməyi davam etdirəcək».

«Biz, İtaliya-Türkiyə dostluğu ruhunda informasiya mübadiləsi etdik və baxışlarımızı bölüşdük. Biz, birlikdə işləməliyik ki, Aralıq dənizində sabitliyi təmin edə bilək» – İtaliynın müdafiə naziri öz növbəsində bildirib.

Fransadan fərqli olaraq, İtaliya Liviya məsələsində maksimum neytral mövqe tutmağa çalışır.(AzPolitika.info)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin