“Şrek”in yeni bölümü çəkilir

41

Məşhur aktyor Eddi Mörfi bildirib ki, o, artıq “Şrek” cizgi filminin yeni hissəsinin səsləndirilməsi üzərində işləyir.

Bloger.az oxu.az-a istinadən bildirir ki, gülüş ustası ekran əsərində yaşıl bədheybətin dördayaqlı dostu – eşşəyi səsləndirir.

“Yeni “Şrek” filminin çəkilişlərinə beş ay əvvəl başlamışıq. Əvvəlcə “Şrek” filmi buraxılacaq, sonra isə eşşəyin öz filmi olacaq”, – o qeyd edib.