Ucar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bloger.az-ın məlumatına görə, hadisə Ucar rayonunun Qaziyan kəndi istiqamətində baş verib.
İdarəetmədən çıxan minik maşını yol kənarındakı maneyə çırpılaraq qəza törədib.
Hadisə zamanı baş nayihəsindən xəsarət alan 1975-ci il təvəllüdlü Məsimova Gülnarə Müseyib qızı xəstəxanaya çatdırıllb.
Qeyd edək ki, maşında olanlar toy mərasimindən dönürmüşlər.
Faktla bağlı araşdırma aparıllr.




