
“Heyif əvvəlki halımdan. Kaş heç nə etməyəydim”.
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva İnstaqramda canlı yayımda deyib. Plastik əməliyyatlardan danışan sənətçi peşman olduğunu etiraf edib:
“Bir vaxtlar böyük dodaq, burun, bədən şəkilləndirmə dəb idi. İndi təbi hal dəb olub. Mən də təbilikdən çıxmışam. Gül kimi qaşlarım var idi, getdim düzəltdirdim. Burnumu efirə görə kəsdirdim. Heyif, o halımdan. Amma nə edim, formada qalmağa çalışıram”.
Fatimə ünvanına yazılan “Dünya bu əməmliyyatlara görə dağılır” sözlərinə “Düzdür… . Məncədə. Biz xanımlar başımıza oyun açırıq. Heç də lazım deyil” cavabını verib.




