Moskva birjası ABŞ dolları və avro ilə ticarəti dayandırdı

35
FILE PHOTO: An interior view shows the headquarters of Moscow Exchange in the city of Moscow, Russia, December 14, 2022. REUTERS/Shamil Zhumatov

Moskva birjası (MOEX) bu gündən ABŞ dolları və avro ilə ticarəti dayandırdığını açıqlayıb.

Bloger.az xəbər verir ki, buna səbəb Moskva birjasının ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilməsi olub.

“İyunun 13-dən başlayaraq valyuta və qiymətli metallar bazarında ABŞ dolları və avro valyuta cütləri istisna olmaqla, ticarət bütün alətlər üzrə aparılır”, – deyə birjanın yaydığı məlumatda qeyd olunub.

Bununla belə, Rusiya Mərkəzi Bankı ölkə banklarında valyuta satışının əvvəlki qaydada həyata keçiriləcəyini bildirib.

Analoji məhdudiyyətlər fond və maliyyə bazarlarına da şamil ediləcək.