İran XİN-dən Zəngəzur dəhlizi açıqlaması

37

“İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır. Lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmirik”.

Bloger.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Əli Bağeri Kani CNN Türk-ün müxbirinin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırarkən deyib.

“İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək verir. Bununla belə, Tehran regionun demoqrafiyasını və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir”, – o qeyd edib.