Avropa Parlamentinə seçkilərin ilkin nəticələri açıqlandı

32

Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticəsi açıqlanıb.

Bloger.az xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, ilk pillədə Avropa Xalq Partiyası yer alıb.

Sözügedən partiyanın 720 yerdən 181-ni qazandığı bildirilir.

İkinci pillədə isə 135 mandatla Sosialistlər və Demokratların Proqressiv Alyansı yer alıb.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-na qədər keçirilib. Bu, Avropa Parlamentinə keçirilən 10-cu belə seçki olub.