Xızıda yolu keçən piyadanı avtomobil vurub öldürüb

33

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bloger.az məlumat verir ki, hadisə yolun Xızı rayonunun Giləzi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Elşən Baba oğlu Əzizovu vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.