Ağcabədidə bıçaqlanma hadisəsi olub.
Bloger.az xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.




