Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.
Bloger.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-ABŞ münasibətləri, Qəzzadakı müharibə, Ukraynadakı vəziyyət və digər regional məsələlər dəyərləndirilib.
Prioritet məsələlər sırasında terrorla mübarizə də olub.




