“Çelsi”nin baş məşqçisi o olacaq

34

“Çelsi” yeni baş məşqçisinin adını bu gün açıqlayacaq.

Bloger.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

O bildirib ki, London təmsilçisini “Lester Siti”dən ayrılan Enzo Mareska çalışdıracaq.

“Çelsi” italiyalı mütəxəssislə 5+1 illik müqavilə imzalayıb.

Qeyd olunur ki, Mareskanın müqaviləyə vaxtından əvvəl xitam verməsinə görə “Lester” 10 milyon avro məbləğində təzminat alacaq.