Rusiya və Ukrayna ölən hərbçilərin meyitlərini dəyişdirib, 45 meyit Rusiya tərəfinə, 212 meyit isə Ukrayna tərəfinə qaytarılıb.
Bloger.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya və Ukrayna hərbçilərinin meyitlərinin sonuncu mübadiləsi aprelin 26-da baş tutub. Nəticədə 36 hərbçinin meyiti Rusiyaya, 140-ı isə Ukraynaya verilib.




