Abşeronda yol qəzası: xəsarət alan var

28

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bloger.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1961-ci il təvəllüdlü Məmmədova Zəhra Aslan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.