Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskinin beş illik səlahiyyət müddəti başa çatdıqdan sonra Ukraynada prezident seçkilərinin keçirilməli olduğunu deyib.
Bloger.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Putin: “Biz Ukrayna ilə danışıqlara hazırıq, amma… ”Putin xatırladıb ki, Ukrayna Konstitusiyasının qanunlarına görə, prezident seçkiləri hərbi vəziyyət şəraitində keçirilə bilməz. Bundan əlavə o qeyd edib ki, əslində ölkə prezidentinin səlahiyyətləri parlamentin spikerinə verilməlidir.
“İlkin qiymətləndirməyə görə, ölkədə yeganə legitim orqan parlament və radanın spikeridir. Ukrayna höküməti bir sıra səbəblərə görə seçkiləri keçirmək istəmirlər”, – deyə prezident bildirib.




