Niderland – İspaniya oyununun yeni tarixi açıqlandı

32

Niderland və İspaniya komandaları arasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış yoldaşlıq oyununun yeni tarixi açıqlanıb.

“Report” İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 11-də Amsterdamda keçiriləcək. Daha əvvəl matçın martda oynanılması nəzərdə tutulmuşdu.

Qeyd edək ki, bu komandalar 2010-cu ildə dünya çempionatının finalında da üz-üzə gəliblər. Həmin görüşdə Andres İnyestanın 116-cı dəqiqədə vurduğu qol ispanlara çempionluq qazandırıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin