
Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
mobilmedia.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, avtomobil 1994-cü il təvəllüdlü Əliyev Abbas Abbas oğlunu yaşadığı evin yanında vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ əlinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.



