
Bloger.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Turan Tovuz” klubu Bakıda “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:30-da start veriləcək.
Çempionluğu təmin edən ağdamlılar 79 xala malikdir. Tovuz klubu isə 45 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, XXXV turun digər görüşləri mayın 18-də və 19-da gerçəkləşəcək.



