İrəvanda aksiya iştirakçısına cinayət işi açılıb

34

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyalarının iştirakçılarından biri xuliqanlıq ittihamı ilə saxlanılıb.

Mrb.az xəbər verir ki, Abovyan küçəsindəki etirazlar zamanı “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının tərəfdarı ilə yol açmağı tələb edən vətəndaşlardan biri arasında mübahisə yaranıb. Mübahisə zamanı aksiya iştirakçısı guya onu təhqir edib.

Faktla bağlı cinayət işi açılıb.