Putin bizi nüvə eskalasiyasına yaxınlaşdırıb – Sunak

27

Rusiya Prezidenti Vladimir Putinin davranışı bizi Karib böhranından sonra heç vaxt olmadığı qədər təhlükəli nüvə eskalasiyasına yaxınlaşdırıb.

Mrb.az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Rişi Sunak deyib.

O qeyd edib ki, qarşıdakı 5 il Britaniya üçün ən təhlükəli dövrlərdən biri ola bilər.