Ukraynadan Belqoroda hücum: 19 ölü

28

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə hücumu zamanı dağılan binada ölənlərin sayı 19 nəfərə çatıb.

Mrb.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Məlumata görə, mayın 13-də dağıntılar altından 15 nəfərin meyiti çıxarılıb. Bildirilib ki, mayın 12-də baş verən atışma nəticəsində 3 nəfər ölüb, daha bir yaralı qadın xəstəxanada ölüb.

Qubernator qeyd edib ki, atışma zamanı 27 nəfər yaralanıb, onlardan 6-sı dövlət hospitalına yerləşdirilib.