Ukraynada keçmiş administrasiya rəhbəri həbs edilib

40

Ukraynanın Dnepropetrovsk vilayət administrasiyasının keçmiş rəhbəri İqor Kolomoyski 2003-cü ildə törədilən qətlin sifarişində ittiham olunur.

Mrb.az-ın məlumatına görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, həmin ilin avqustunda “Днепроспецсталь” polad emalı müəssisəsi ətrafında yaranmış mübahisə zamanı vəkil Sergey Karpenko onun qeyri-qanuni tələbini yerinə yetirmədiyi üçün öldürülüb.

İrəli sürülən ittihamlar təsdiqlənsə, İ. Kolomoyskini ömürlük həbs cəzası gözləyir. Hazırda Kolomoyski istintaq altındadır.