
Şimali Atlantika Alyansının sammiti iyulun 9-dan 11-ə qədər Vaşinqtonda keçiriləcək.
Mrb.az xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki mətbuat xidməti məlumat yayıb.
“ABŞ 2024-cü il iyulun 9, 10 və 11-də Vaşinqtonda NATO sammitinə ev sahibliyi edəcək. Sammitə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək və proqram hələlik açıqlanmayacaq”, – məlumatda qeyd olunub.



