ATU-nun klinikalarında 57 nəfər koronavirusa yoluxub

33

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan 33 həkim koronavirusa yoluxub.
Bu barədə Azvision.az -a ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova məlumat verib. O, bildirib ki, indiyədək 6 həkim sağalaraq evə buraxılıb, 27-nin müalicəsi davam etdirilir:

“Müalicə alan həkimlərdən 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfər isə yüngül vəziyyətdədir”.

G.Aslanova, həmçinin qeyd edib ki, ATU-nin Tədris Terapevtik Klinikasında isə 24 nəfərdə koronavirus aşkar edilib. Onların arasında həkim, tibb bacısı və sanitarlar da var. Virusa yoluxmuş tibb işçilərindən bəziləri sağalaraq işə qayıdıblar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin