Azərbaycanda neft-qaz sektoruna investisiyalar artıb

31

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 913,5 mln. manat həcmində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə nisbətən neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 20,4% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.