
Mrb.az-ın məlumatına görə, gələn ay “Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycan xalçaları da var. XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2 000- 3 000 avro arasında dəyişir.
“Austria Auction Company”nin (Avstriya Hərrac Şirkəti) “XIX əsrin zərif antik Şərq xalçaları və icma sənəti 4” auksionu 2 dekabr 2023-cü il, yerli vaxtla saat 16:00-da keçiriləcək. Hərraca digər ölkələrin xalqlarının da qədim əl işləri daxil olmaqla, ümumilikdə 282 xalça, antik şərq əşyaları çıxarılacaq. Onların arasında türkmən, Qafqaz ölkələrinin, Anadolu, Şərqi Türküstanın xalçaları da var.



