
“Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində deyil”.
Mrb.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Avrointeqrasiya üzrə daimi komissiyasının sədri Arman Yeqoyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
O, İrəvanın Aİİ-dən çıxmaq təşəbbüsünün olub-olmaması ilə bağlı sualı cavablandırarkən mövzuya toxunub.
“Aİİ-dən çıxmaq təşəbbüsü yoxdur”, – deyə Yeqoyan cavab verib.
O əlavə edib ki, bu, siyasi qərardır.



