İlin ən yaxşı klubları müəyyənləşib

30

Fransanın paytaxtı Parisdə təşkil olunan “Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubları açıqlanıb.

Mrb.az-ın məlumatına görə, kişi komandalar arasında bu ada İngiltərə çempionu “Mançester Siti” layiq görülüb.

“Şəhərlilər” ötən mövsüm Çempionlar Liqasının da qalibi olub.

İlin qadın komandası isə İspaniya təmsilçisi “Barselona” seçilib.