İsrail tankları Qəzza ətrafında görünüb

33

Qəzza şəhərinin kənarında İsrail tankları görünüb.

Mrb.az xəbər verir ki, bu barədə AFP hadisə şahidlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, zirehli texnika Qəzza zolağının şimal və cənub rayonlarını birləşdirən əsas yolu bağlayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, yəhudi dövləti Qəzza zolağında quru hərbi əməliyyatının miqyasını genişləndirir.